Bu razılaşma İsrail, Livan və Körfəz ölkələrini də əhatə edəcək - Vens

08:16 17.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ ilə İran arasında əldə olunması nəzərdə tutulan razılaşma İsrail, Livan və Körfəz ölkələrini də əhatə edə bilər.

Hafta.az xəbər verir ki, bunu ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vens bildirib:

“Bu, regional sülh sazişidir. Buraya Körfəz ölkələri, İsrail və Livan daxil olacaq. Əsas məsələ ondan ibarətdir ki, bu, həqiqətən regional sülh sazişidir”.

Məlumata görə, iyunun 15-nə keçən gecə ABŞ, İran və vasitəçi Pakistan rəsmiləri Vaşinqton ilə Tehran arasında 60 günlük atəşkəsə dair razılaşmanı təsdiqləyiblər. Sənədin iyunun 19-da Cenevrədə imzalanacağı gözlənilir.